İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 
17 iyul 2025 16:22 (UTC +04:00)

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

Son zamanlar İsraildə döyüş meydanında sarsıdıcı hadisələr, dostlarının itirilməsi və psixoloji travma ilə üzləşmiş İsrail Müdafiə Qüvvələri əsgərləri və ehtiyatda olan əsgərlər arasında intihar probleminə diqqət artır. İddialara görə, onların bir çoxu hələ çox gəncdir və belə çətin təcrübələrin öhdəsindən gəlmək bacarığına malik deyillər.

Lent.az xarici mediaya istinadla bildirir ki, oktyabrın 7-də müharibə başlayandan bəri əsgərlər arasında intihar halları gizli saxlanılsa da, 2025-ci ildə bu cür faciələrin sayı nəzərəçarpacaq dərəcədə artıb. İsrail Müdafiə Qüvvələri cari rəqəmləri açıqlamır, ildə bir dəfə statistik məlumatlar dərc edir ki, bu da problemin miqyasını başa düşməyi çətinləşdirir.

İlin əvvəlində açıqlanan məlumatlara görə, 2024-cü ildə 21, 2023-cü ildə isə 17 hərbçi intihar edib. Bu, 2011-ci ildən bəri ən yüksək göstəricidir. Ötən il həlak olanların əksəriyyəti ehtiyatda olan hərbçilər olub. Ordudan vurğulanır ki, şəxsi heyətin ümumi sayını müqayisə etsək, bu artım anormal deyil.

Lior Tsfati İntihar və psixoloji böhranların tədqiqi mərkəzinə rəhbərlik edən professor Yosi Levi Belz iki ay əvvəl bu cür halların gələcək dalğası barədə xəbərdarlıq edib.

O izah edib ki, böhranın kəskin mərhələsində intihar halları adətən cəmiyyətdə həmrəylik hissi ilə azalır. Ancaq daha sonra, əksəriyyətin şoku keçdikdə, həssas qruplar qalır - məsələn, travma sonrası stress pozğunluğu ilə mübarizəni davam etdirən ehtiyatda olanlar. Onun sözlərinə görə, məhz bu dövrdə faciələrin baş vermə riski xüsusilə yüksək olur.

Son günlər baş verən hadisələrdən bir neçəsi:

İyulun 15-də hərbi bazada paraşütçü kursantı intihara cəhd edib.O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İyulun 14-də Nahal briqadasının əsgəri intihar etdikdən sonra ölkənin şimalındakı hərbi bazada ölü tapılıb. O, təxminən bir il əvvəl orduya çağırılmışdı və xidmətini başa vurmaq üzrə idi. 

Ötən çərşənbə günü İsrail ordusunun daha bir əsgəri İsrailin cənubundakı bazada ölü tapılıb. Onun da intihar etdiyi məlum olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar