İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaraqaya kəndində qeydə alınıb.
25 gün əvvəl Bakı şəhərindəki xəstəxanaların birində qeysəriyyə üsulu ilə dünyaya gələn Ə. Zəkiyev evdə valideynləri tərəfindən ölü halda tapılıb. Körpənin hansı səbəbdən öldüyü hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.