Dünyanın ən kasıb ölkəsi  "Barselona"nın sponsoru   oldu
16 iyul 2025 18:27 (UTC +04:00)

Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu

"Barselona" Konqo Demokratik Respublikası ilə böyük sponsorluq müqaviləsi bağlamağa yaxındır.

Lent.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, klub dörd il ərzində 11 milyon avro alacaq.

Qeyd olunur ki, "Barselona" bu ölkədə turizmi təbliğ etmək üçün komandanın formasında "DR Konqo - Afrikanın ürəyi" loqosunu yerləşdirəcək. 

Konqo DR mis, kobalt və uranla zəngindir, lakin dünyanın ən kasıb 5 ölkəsindən biridir. Əhalinin 65%-i gündə 2,15 dollardan az pulla yaşayır. Dünya Bankı deyir ki, Konqo Afrikanın ən zəngin ölkələrindən biri olmaq üçün resurslara və potensiala malikdir.

Bu ölkə hal-hazırda dünyanın ən böyük kobalt istehsalçısıdır və Afrikada elektriklə işləyən avtomobillərin, smartfonların və digər texnologiyaların istehsalı üçün lazım olan misin əsas mənbəyidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436

Oxşar yazılar