Məhkəmədən həbsdəki vəkil  Adəm Məmmədov və qardaşı barəsində QƏRAR
16 iyul 2025 18:49 (UTC +04:00)

Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR

Həbsdə olan vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində olan qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Vəkil Cavidan Osmanlının verdiyi məlumata görə, qərar dəyişdirilmədən qüvvədə saxlanılıb. Adəm Məmmədovla bağlı hökm qüvvəyə mindiyi üçün o, cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində vəkil Ceyhun Yusifov xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edib. Onlar Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli biliniblər.

İttihama görə, Adəm Məmmədov və qardaşı özlərinə məxsus saytda Ceyhun Yusifovu ağır cinayətdə ittiham edib, ona böhtan atıblar.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin yanvarın 27-dəki  qərarı ilə Adəm Məmmədovun vəkillik fəaliyyəti 3 ay müddətinə dayandırılıb.

Vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27 .11.2024-cu il noyabrın 27-dən 1 illik dayandırılıb.

(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar

Laçında meşə yanır-VİDEO

Laçında meşə yanır-VİDEO

16 iyul 2025 , 22:05
Zaqatala sakininin meyiti tapıldı

Zaqatala sakininin meyiti tapıldı

16 iyul 2025 , 22:01
İlqar İsmayılov azadlığa buraxıldı

İlqar İsmayılov azadlığa buraxıldı

16 iyul 2025 , 21:29
Yekaterinburqdakı Azərbaycan diasporu  liderinin oğlu   2 aylıq həbs olundu -  YENİLƏNİB

Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB

16 iyul 2025 , 19:43
Xırdalanda evdən kişi meyiti tapıldı

Xırdalanda evdən kişi meyiti tapıldı

16 iyul 2025 , 19:33
Oğrular deputatın  300 min avroluq saatını   qolundan qoparıb qaçdılar -  VİDEO

Oğrular deputatın 300 min avroluq saatını qolundan qoparıb qaçdılar - VİDEO

16 iyul 2025 , 19:07
Ağdaşda yeniyetmə  kanalda BOĞULDU

Ağdaşda yeniyetmə kanalda BOĞULDU

16 iyul 2025 , 18:14
Tanınmış reper həbs edildi - YENİLƏNİB

Tanınmış reper həbs edildi - YENİLƏNİB

16 iyul 2025 , 18:02