Beyləqanda evə basqın edib qadını öldürdülər
16 iyul 2025 15:19 (UTC +04:00)

Beyləqanda evə basqın edib qadını öldürdülər

Beyləqanda qadın qətlə yetirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, iyulun 15-də gecə saatlarında Beyləqan rayonu Bolsulu kəndində 58 yaşlı Bəsti Həsənova yaşadığı evdə hücuma məruz qalıb.

Kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılan qadın həkimlərin səylərinə baxmayaraq orada ölüb.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən kənd sakini, 23 yaşlı Amil Qəfər oğlu Ağayevi saxlayıb. 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1294

Oxşar yazılar