Gündəlik bozluqdan qurtulmaq istəyirsiniz? Ailəyə dair maraqlı hekayələrdən tutmuş gözlənilməz süjet dəyişikliklərinə qədər bu komedik döyüş filmləri sizə bir dəqiqə belə darıxmağa imkan verməyəcək.
Lent.az sizə əhvalınızı qaldıracaq və vaxtınızı əyləncəli keçirməyə kömək edəcək filmləri təqdim edir:
“Ailə Planı”
Adi bir ailə atasının həyatı alt-üst olur, çünki o, sirli keçmişinə yenidən qayıtmağa məcbur qalır. Dəli macəralar, ailə dəyərləri və yumor zəmanətlidir.
“Rol Oyunu”
Nyu-Cersidə yaşayan bir cütlüyün ailə həyatı tamamilə dəyişir, çünki ər inanılmaz bir sirri öyrənir. Məlum olur ki, onun sevimli həyat yoldaşı əslində peşəkar bir muzdlu qatil kimi gizli həyat yaşayır.
“Heç Kim”
Ailəsi tərəfindən artıq ciddiyə alınmayan bir ailə atası haqqında gərgin döyüş filmi. Bir hadisə ailə üzvlərinin onun haqqında pis düşünməsinə səbəb olur. Lakin onlar hələ bilmirlər ki, bu sakit adamın arxasında qaranlıq bir keçmiş dayanır və bu keçmiş azadlığa çıxmaq üzrədir.
“Məni Tərk Edən Casus”
Los-Ancelesdən olan iki otuz yaşlı yaxın rəfiqə beynəlxalq bir sui-qəsd planının içində tapırlar özlərini. Odri adlı qadının keçmiş sevgilisi onların evinə ölümcül qatillərin təqibi ilə birlikdə gələndə, qızların döyüşə atılmaqdan başqa çarəsi qalmır.
“Ehtiyat Polislər”
Uğursuz detektivlər uğurlu həmkarlarının kölgəsindən çıxmağa çalışırlar. Onlar ölkənin ən böyük cinayətlərindən birindən xəbər tutub, bu işi açmaq qərarına gəlirlər. Amma görəsən, cinayətkarları ifşa edə biləcəklərmi və ya özləri çətinliyə düşəcəklər?