Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR
16 iyul 2025 17:01 (UTC +04:00)

Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR

Rusiyada azərbaycanlılara qarşı təzyiqlər davam edir.

Lent.az yerli telegram kanallarına istinadla xəbər verir ki, iyulun 8-də Rusiyanın Tuapse limanında Liberiya dövlət qeydiyyatına alınmış “Asia Minor” (IMO 9754161) gəmisində Azərbaycan vətəndaşlarının olması səbəbindən hərtərəfli yoxlama aparılıb.

Limanın girişində sərhəd nəzarəti zamanı Rusiya Federasiyasının nəzarət orqanlarının əməkdaşları Azərbaycan vətəndaşı olan hər bir ekipaj üzvünü ayrıca sorğu-sual ediblər.

Bu zaman Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri özlərini təxribat xarakterli apararaq, azərbaycanlılara açıq nifrət nümayiş etdiriblər. Onların telefonları da yoxlanılıb. Xüsusilə cihazdakı qalereya, telefon kitabçası, telegram messenceri və internet brauzer tarixçəsinin məzmununa baxılıb.

Bundan əlavə, onlara Qarabağ müharibəsində iştirakları ilə bağlı təxribat xarakterli suallar verilib.

Dindirilmə zamanı bəzi ekipaj üzvləri də təhqiramiz ifadələrə məruz qalıb.

Qeyd olunan yoxlamadan sonra matros Sədi Abbasov və motorist Elmar Şıxməmmədovun bundan sonra Rusiya limanlarına girişləri qəti qadağan edilib. Bu barədə onlara şifahi məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038

Oxşar yazılar