Oğrular deputatın  300 min avroluq saatını   qolundan qoparıb qaçdılar -  VİDEO
16 iyul 2025 19:07 (UTC +04:00)

Oğrular deputatın 300 min avroluq saatını qolundan qoparıb qaçdılar - VİDEO

İyulun 14-də kurort adası Kapridə oğrular Britaniya Lordlar Palatasının üzvü, 65 yaşlı Aru Darzinin əlindən bahalı saatı qoparıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, iki naməlum şəxs baronun bahalı saat taxdığını görüb, sadəcə onu qapıb, sonra gözdən itiblər. Söhbət təxminən 300 min avro dəyərində olan Richard Mille RM 07 modelindən gedir.

Darzi dostları ilə istirahət etdiyi yaxtadan sahilə çıxanda oğurluq məşhur alış-veriş küçəsində baş verib. Polisin məlumatına görə, hücum edənlər müşahidə kameralarına düşüb. Oğurluqdan sonra onlar adanın dar küçələrində qaçaraq, daha sonra motorlu qayıqla üzərək uzaqlaşdıqları görülüb.

Kapri meri Paolo Falko, oğurluğun əvvəlcədən planlaşdırıldığını söyləyərək, adada bu cür hücumların nadir olduğunu vurğulayıb və təhlükəsizliyin gücləndiriləcəyini vəd edib.

"Bu, həqiqətən illərdir mövcud olmayan çirkin bir haldır", - Falko əlavə edib.

Lord Ara Darzinin özü xəsarət almayıb. O, tanınmış cərrah və professordur, 2007-ci ildə Denemdən baron Darzi titulunu alıb və Böyük Britaniyanın səhiyyə naziri vəzifəsində çalışıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar

Laçında meşə yanır-VİDEO

Laçında meşə yanır-VİDEO

16 iyul 2025 , 22:05
Zaqatala sakininin meyiti tapıldı

Zaqatala sakininin meyiti tapıldı

16 iyul 2025 , 22:01
İlqar İsmayılov azadlığa buraxıldı

İlqar İsmayılov azadlığa buraxıldı

16 iyul 2025 , 21:29
Yekaterinburqdakı Azərbaycan diasporu  liderinin oğlu   2 aylıq həbs olundu -  YENİLƏNİB

Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB

16 iyul 2025 , 19:43
Xırdalanda evdən kişi meyiti tapıldı

Xırdalanda evdən kişi meyiti tapıldı

16 iyul 2025 , 19:33
Məhkəmədən həbsdəki vəkil  Adəm Məmmədov və qardaşı barəsində QƏRAR

Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR

16 iyul 2025 , 18:49
Ağdaşda yeniyetmə  kanalda BOĞULDU

Ağdaşda yeniyetmə kanalda BOĞULDU

16 iyul 2025 , 18:14
Tanınmış reper həbs edildi - YENİLƏNİB

Tanınmış reper həbs edildi - YENİLƏNİB

16 iyul 2025 , 18:02