Cennifer Lopez stadiondakı təkərli səhnədə
Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012”-in açılış mərasimində dünyaca məşhur Cennifer Lopezin də çıxışı baş tutacaq.
Stadionun direktoru Akif İsmayılovun APA-ya verdiyi məlumata görə, bununla əlaqədar müğənni üçün xüsusi səhnə qurulub. Cenniferin çıxış edəcəyi səhnə təkərlər üzərindədir. A. İsmayılov deyib ki, Cenniferin çıxışından dərhal sonra oyun başlayacağı üçün səhnə çox qısa müddətdə yığışdırılmalıdır. O səbəbdən də bunun üçün müğənninin səhnəsi təkərlər üzərində quraşdırılıb.
Stadion rəhbəri bildirib ki, ötən gün dünyaca məşhur müğənni bu səhnədə uğurlu məşq edib. Müğənni sentyabrın 23-də “Baku Crystal Hall” səhnəsində solo-konsert verəcək.

Oxşar yazılar

Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52