Trampın  pozduğu ənənəni   Bayden BƏRPA ETDİ
09 sentyabr 2022 17:22 (UTC +04:00)

Trampın pozduğu ənənəni Bayden BƏRPA ETDİ

Ağ Evdə keçirilən mərasimdə ABŞ-ın 44-cü prezidenti Barak Obama və xanımı Mişel Obamanın rəsmi portretləri təqdim edilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə Amerika prezidenti Co Bayden də iştirak edib. 

Obamanın dövlət başçısı olduğu zaman vitse-prezident kimi çalışan Bayden haqqında müsbət fikirlər səsləndirib. Bununla yanaşı, o, keçən il baş vermiş “Capitol” basqınını nəzərdə tutaraq zarafat edib və saraydakıları güldürüb: 

"Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Bir neçə dostumuzu dəvət etməyimizə icazə verdiyiniz üçün çox sağ olun. Narahat olmayın, buranı dağıtmağa gəlməmişik". 

Qeyd edək ki, Amerikada seçilmiş prezident sələfinin rəsmi portretini təntənəli açılış mərasimi ilə təqdim edir. Sonra həmin portretlər Ağ Evin divarından asılır. Bu qədim Ağ Ev ənənəsidir.

Amma Donald Tramp hakimiyyəti illərində bu ənənəni ləğv etmişdi. Bayden isə bu adəti yenidən bərpa edib. 


 

# 1815
avatar

Sevinc Fərid

Oxşar yazılar

Dünyanın ən yaşlı heyvanının ad günü  

Dünyanın ən yaşlı heyvanının ad günü  

4 dekabr 2022 , 00:06
DÜNYADA İLK!  Zibil dərmana çevrildi

DÜNYADA İLK! Zibil dərmana çevrildi

3 dekabr 2022 , 17:18
"YouTube" 2022-ci ilin ən populyar mahnısını AÇIQLADI

"YouTube" 2022-ci ilin ən populyar mahnısını AÇIQLADI

3 dekabr 2022 , 09:52
Yuxusuzluq nələrə səbəb olur?

Yuxusuzluq nələrə səbəb olur?

3 dekabr 2022 , 09:09
Dünyanın ən qəribə və  maraqlı REKORDLARI  -  FOTO

Dünyanın ən qəribə və maraqlı REKORDLARI - FOTO

2 dekabr 2022 , 20:00
İlin ən yaxşı vəhşi təbiət şəkilləri - FOTOLENT

İlin ən yaxşı vəhşi təbiət şəkilləri - FOTOLENT

2 dekabr 2022 , 11:45
Qadın uşağını yanğınsöndürən avtomobildə  dünyaya gətirdi

Qadın uşağını yanğınsöndürən avtomobildə dünyaya gətirdi

2 dekabr 2022 , 07:31
Şəxsiyyət vəsiqəsini dəyişmək istədi, “evli” olduğu üzə çıxdı

Şəxsiyyət vəsiqəsini dəyişmək istədi, “evli” olduğu üzə çıxdı

2 dekabr 2022 , 00:10