Sinan Oğan malikanəsinin  qapılarını   açdı: “Buranın qiyməti  1 milyon dollardan   çoxdur”
02 aprel 2024 19:28 (UTC +04:00)

Sinan Oğan malikanəsinin qapılarını açdı: “Buranın qiyməti 1 milyon dollardan çoxdur”

Prezidentliyə namizəd olarkən ikinci turda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyərək tənqid hədəfinə çevrilən Sinan Oğan qalmaqallı malikanəsinin qapılarını açıb. Oğan, “Buranın dəyəri 1 milyon dollardan çoxdur” deyib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, son prezindent seçkilərdə Zəfər Partiyasının prezidentliyə namizədi olduqdan sonra ikinci turda prezident Ərdoğana dəstək verən Sinan Oğanın mal varlığı tez-tez gündəmə gəlir. 

Jurnalist Deniz Zeyrek Oğanın 2 milyon türk lirəsi (60 min dollardan çox) dəyərində alman maşınına mindiyini iddia etmişdi. Veryansın TV-də onun Ankaranın Gölbaşında 7 sot torpaq və 800 kvadrat metrdən ibarət malikanəsini 30 milyon liryə (900 min dollardan baha) aldığı iddia edilib. 

Bütün bunlarla yanaşı, Sinan Oğanın qonaq olduğu verilişdə malikanəsinin dəyərinin 1 milyon dollardan çox olduğunu, orada futbol və voleybol meydançası olduğunu deməsi gündəmə gəlib.

 “Planına sadiq qalan Sinan Oğan” Azərbaycanın İctimai TV-də yayımlanan “Persona” verilişinə qalmaqallı malikanəsinin qapılarını açıb.

Oğanın malikanəsinin bağçasından ilk görüntülər yayımlanıb. Oğan deyib: "Bu yerin dəyəri 1 milyon dollardan çoxdur. Futbol və voleybol meydançası, açıq havada kinoteatrı var".

Azərbaycanlı media üzvü: "1 milyonluq bağçaya gəlirdim, yoxsa evə gəlirdim?" sualına Oğan, cavabında deyib: “Bu yerin dəyəri 1 milyon dollardan çoxdur. Aşağıda bizimdir, tezliklə ora baxarıq. Futbol meydançamız var. Qızım voleybola gedir. Kiçik voleybol meydançamız var. Deməli, bura böyük yerdir. Böyük yerdir. Ona görə də bura üçün mənə bir milyon dollar versələr belə, verməzdim”.

“Cəhənnəmin qapılarını bağlayacayıq” demişdi

Mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda ATA Alyansının prezidentliyə namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Ankarada mətbuat konfransı keçirən Oğan Cümhur İttifaqının namizədi, AKP sədri və prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlamışdı.

“Cəhənnəmin qapılarını bağlayacağıq” deyərək prezidentliyə namizəd olan, lakin ikinci turda prezident Tayyib Ərdoğana dəstək verən Sinan Oğanın yerli bazar qiymətindən aldığı 30 milyonluq malikanəni nümayiş etdirdiyi iddia edilib.

Oğanın beləliklə, təxminən 1 milyonluq mülk vergisindən yayındığı da iddia edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4095
avatar

Oxşar yazılar