Səfərbərliyə iti elə getmək istədi,   görün nə oldu?
04 oktyabr 2022 19:26 (UTC +04:00)

Səfərbərliyə iti elə getmək istədi, görün nə oldu?

Vladivostok sakini səfərbərliyə getmək üçün maraqlı bir təklif verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səfərbərliyə yalnız saxladığı iti ilə gedəcəyini bildirib.

Buna görə də o, heyvanının xidməti itə çevrilməsini istəyir. 

Qismən səfərbərlik elan edildikdən sonra o, 2 yaşlı Şərqi Avropa çoban itini də götürərək çağırış vərəqəsini gözləmədən qeydiyyatda olduğu hərbi komissarlığa gedib:

“Mən hərbi komissarlığa gəldim, səfərbərlikdən kömək istədim, amma təklifim qəbul olunmadı. Onun dövlət hesabına qidalanması, saxlanması, müalicə olunması və öyrədilməsi mənim üçün vacib idi. Təbii ki, onlar məni hazırlayarkən, itin də mənimlə hazırlanması lazımdır”.

Kişi digər orqanlara zəng vursa da, orada da iti hərbi əməliyyatlara hazırlamaqda ona kömək edə bilməyəcəklərini deyiblər.

“Tamamilə sağlam, ağıllı, öyrədilən itim var. Çox istəyirəm ki, itim Vətənə xidmət etsin", - Vladivostok sakini vurğulayıb.

Onun sözlərinə görə, ev heyvanı olmadan səfərbərliyə getməyəhazır deyil, çünki itini tapşıracaq heç kim yoxdur - evdə yalnız təqaüdçü anası var.
 

# 2661
avatar

Oxşar yazılar