Türkiyənin Buldan kəndində insanlar oruclarını xüsusi sistemlə açırlar.
Lent.az xəbər verir ki, kənd sakinləri 1940-cı ildən indiyə qədər qədər istifadə olunan Ramazan borusunun səsini eşitdikdən sonra iftara başlayırlar.
Bu sistem imsak və iftar olmaqla gün ərzində iki dəfə səsləndirilir və təxminən 2 dəqiqə davam edir. 82 ildir davam edən bu ənənə çox insanın marağına səbəb olub.
Qeyd edək ki, Türkiyədə bu borulardan cəmi 3 ədəd var.