Ölüm oteli, cəsəd külünə qarışmış çay, işıq şəhəri: Varanasi
13 sentyabr 2021 12:43 (UTC +04:00)

Ölüm oteli, cəsəd külünə qarışmış çay, işıq şəhəri: Varanasi

Hindistanın ən müqəddəs şəhəri Varanasi... Ən vacib özəlliyi isə yanan cəsədlərin müqəddəs Qanq çayına təslim edilmə mərasimləridir. Təəccüblənməyin, burada az müddətdə yaşayan insanlar, bu adətlərə çox tez vərdiş olurlar.

Bu şəhər haqqında bilmədiyiniz hələ çox şey var.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Varanasi, minlərlə tanrısı, müxtəlif ədviyyatları və hər mənada rəngarəng insan profilinə sahib çox xüsusi bir ölkə olan Hindistanın ən maraqlı şəhəridir. Mark Tven Varanasinin tarixdən, ənənədən və hətta əfsanələrdən daha qədim olduğunu söyləyir.

Bütün Hindistanda olduğu kimi, burada da insanlar küçələri inəklərlə paylaşırlar. Yəni inəklər buranın küçələrində rahat gəzə bilir. Dünyadan uzaqlaşan müqəddəs adamlar sayılan Sadhulara da burada rast gəlmək olar. Onlar daim dua edir və bunun müqabilində insanlar onlara yemək verirlər. Onlar pul qəbul etmirlər.

İndi isə səyahətdən danışaq ... Ən təhlükəsizi çay kənarına səyahət etməkdir. Ancaq ölüsünü yandırmaq üçün pul tapmayan yoxsullar cəsədləri bura təslim etməyə gəldiyi üçün xoşagəlməz mənzərə ilə qarşılaşa bilərsiniz.

Varanasi müqəddəs bir şəhərdir. Hindlilər ölkənin dörd bir yanından ölülərinin cəsədini yandırıb küllərini Qanq çayına atmaq üçün bura gəlirlər. Burada qadın və kişini bir-birindən fərqləndirən maraqlı bir məqam da var. Deyilənə görə, qadınlar kişilərdən daha çox yanırlar. Başı yandırmaq daha çətin olduğundan, alovdan hazırlanan top əvvəlcə ağzına qoyulur.

Varanasidə yoxsulluq var, amma bədbəxtlik yoxdur. Şəhərdən ölüm qoxusu gəlir, nəcis qoxusu yox. Varanasi haqqında oxuduqca mən buranı çox sevdim. Gedib görmək lazımdır. Ancaq məsləhətim tək getməyin, bir turizm mütəxəssisi ilə əlaqə saxlayın. Ha, əgər bu məqaləyə görə gedirsənsə, Tanrı Ganeşin qeyri -adi heykəlini almağı unutmayın. Çox uğur gətirir.

Görməli çox maraqlı yerlər var. Ölməyi gözləyənlər üçün otel çox təsiredicidir. Xoşbəxt qocalar... Çünki ölən kimi dünyanın ən müqəddəs yeri adlandırdıqları Qanq çayına qarışacaqlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3453
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar