Hamburgerin içindən  insan barmağı   çıxdı 
15 sentyabr 2021 22:18 (UTC +04:00)

Hamburgerin içindən insan barmağı çıxdı 

Boliviyada hamburgerin içindən insan barmağı çıxıb. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, hadisə Boliviyanın Santa Kruz şəhərində baş verib. 

Bir qadın “Hot Burger” şirkətinə məxsus hamburger yeyərkən ağzında sərt nəsə olduğunu hiss edib.  Dişlədiyinin insan barmağı olduğunu anlayan qadın şoka düşüb.

Dərhal polisə bu haqqda məlumat verdikdən sonra “Hot Burger” şirkətinin həmin şöbəsi bağlanıb. 

Şirkət işçilərindən birinin ətləri hazırlayarkən iki barmağının aparatda kəsildiyini qeyd edib. Barmaqlardan biri qadının hamburgerindən çıxsa da, digəri haqqında isə heç bir məlumat yoxdur.

 

# 6186
avatar

Nigar Adil

Oxşar yazılar