Ən ağıllı heyvanlar - Onları siz də tanıyın...
01 mart 2021 17:59 (UTC +04:00)

Ən ağıllı heyvanlar - Onları siz də tanıyın...

Ən ağıllı heyvanlar hansılardır? Çox təəssüf ki, sizin təxmin etdiyiniz heyvanlar bu siyahıda yoxdur!

Bu siyahıda yer alan heyvanların adlarını görəndə çox təəccüblənəcəksiniz.

Lent.az xarici KİV-ə istinadən ən ağıllı heyvanların adlarını açıqlayır:

Quzğunlar

Quzğunlar Edqar Allan Ponun kitablarında tez-tez qarşılaşdığımız heyvanlardan biridir... Ədəbiyyat və kinoda tez-tez ağıl təmsilçiləri olan quzğunlar təəccüblü dərəcədə inkişaf ediblər. Kanada və Şotlandiya tədqiqatçıları onların məntiqi düşündüklərini araşdırıb tapıblar. Quzğunların ətraflarını başa düşməsi və buna uyğun davranması fərqli bir xüsusiyyətdir.

Delfinlər

Delfinlərin ağıllı olduğu, əslində çoxdan məlumdur. Alimlərin araşdırmasına görə, delfinlərin beyni böyükdür. Bu beyində planlı, şüurlu və son dərəcə həyəcanlı qərar mexanizmi ilə işləyən bir sistem var. Həqiqət budur: delfinlərin beyni insan beynindən daha mürəkkəbdir.

Siçanlar

Xəstəlik daşıyan və iyrənilən heyvan kimi tanınan siçanların inanılmaz dərəcədə ağıllı məxluqlar olduğunu bilirdinizmi? Alimlər apardığı araşdırmaya görə, siçanlar insanlar kimi məsələlər üzərində düşünür və qavrayır. Düşüncə strategiyaları yaradaraq hədəfə doğru irəlilədikləri də məlumdur.

Donuzlar

Donuzlar dünyanın ən evdar heyvanı ola bilər! Araşdırmalara görə, donuzlar yemlərini tapmaq üçün güzgülərdən istifadə edirlər. Güzgüdən istifadə edərək digər donuzları aldadırlar və daha çox yemək üçün onları aldada bilərlər. Eyni zamanda, çox tez öyrənə bilirlər və öyrəndiklərini müntəzəm tətbiq edirlər.

Bonobolar

Bonobolar da ən ağıllı heyvanlardan biridir. Digər meymunlar kimi bonoboların da öz dili və işarə əlifbası var. Yayılan bir hesabata görə, Bonobo Kanzi onunla ünsiyyət qurmaq üçün çəkilən simvollara cavab verir və aydın şəkildə ünsiyyət qurur.

Ördəklər

Onlar düşündüyümüzdən daha ağıllı canlılardır! Araşdırmalara görə ana ördək öz balalarını üzərindəki naxışlara görə fərqləndirir. Bu, cisimlər arasındakı fərqləri başa düşdükləri anlamına gəlir... Təcrübəyə görə fərqli cisimləri və bir ördəyi eyni otağa qoyublar. Ördək cisimlər arasındakı fərqi ayırd edib və buna görə davranıb. Təcrübə otağından çıxarılan ördəyin sonradan eyni cisimləri tanıdığı müşahidə edilib. Ördəklər təsəvvür etdiyimizdən də ağıllıdırlar...

Fillər

Fillərin zəkası haqqında insanları heyrətləndirən hekayələri yəqin ki, siz də eşitmisiniz. Yaddaşlarının gücü ilə tanınan fillər yaramaz bir vərdişə sahibdirlər. Vadilər arasındakı banan ağaclarından yararlanaraq özlərinə ziyafət verirlər. Necə? Arxa, boyun və bədənlərini gil və torpağa bulaşdırıb, özlərini ətrafdan topladıqları budaq və kollarla örtürlər. Gecə, cütçü tarladan uzaqlaşanda gəlib banan ağaclarını talan edirlər.

İnəklər

Kənardan baxanda olduqca sadə görünən inəklərin, duyğusal dünyası gözlənildiyindən qat-qat mürəkkəbdir. Elm adamları inəklərin dostları və düşmənlərinin olduğu qənaətinə gəliblər. İnəklərin emosional olaraq əziyyət çəkdiklərini, qorxu hiss etdiklərini və hətta həyəcan yaşadıqları da müşahidə olunub. İnəklər gələcək üçün narahatdır! Bu onlar haqqında əldə olunan ən maraqlı faktdır.

Arılar

Arı zəkasını tək bir arı üzərində aparılan araşdırma ilə qiymətləndirmək doğru olmadığından, bir arı qrupunun davranışlarına baxaraq müşahidələr aparmaq mümkün olub. Araşdırmalara görə, arıları müşahidə etmək üçün böyük mənzərəni görmək lazımdır. Bir istiqamətə getmək istədikdə, buna demokratik qərar verirlər və gedəcəkləri istiqaməti müəyyənləşdirirlər.

Sincablar

Yemək ovuna çıxan bir dələ bir çox maneəni aşaraq təyinat nöqtəsinə çatır. Bu mərhələyə çatmadan əvvəl həmyaşıdlarını izləyir və düzgün yolu tutaraq mümkün təhlükələrdən canını qurtarır. Təbii ki, hədəfinə minimum ziyanla çatır. Onların təqlid və anlama bacarıqları inkişaf edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6978
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar