COVID-19  peyvəndi əvəzinə 9 min adama duzlu su vuruldu
11 avqust 2021 14:21 (UTC +04:00)

COVID-19 peyvəndi əvəzinə 9 min adama duzlu su vuruldu

Almaniya COVID-19 pandemiyasına son qoymaq üçün peyvəndlənmə işlərini sürətləndirməyə çalışarkən, son günlərdə baş verən bir hadisə bütün ölkəni təəccübləndirib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Almaniyanın şimalındakı səlahiyyətlilər, bir tibb bacısının COVID-19 peyvəndi olunmaq üçün gələnlərə duzlu su vurduğunu aşkar etdikdən sonra minlərlə insanı yenidən peyvənd olunmağa çağırıb.

Məlumata görə, yazda Friesland adlı kəndə peyvənd vurmaq üçün gələn tibb bacısı, həqiqi dozalar əvəzinə, insanların qollarına duzlu su vurmaqda şübhəli bilinir.

Duzlu məhlul insan sağlamlığı üçün zərərsiz olsa da, araşdırmalardan ortaya çıxan məlumata görə, həmin vaxtda “peyvənd” olunan insanların çoxu yaşlı və COVID-19-a yoluxmaqda daha həssas olduğu üzə çıxıb.

Adı açıqlanmayan tibb bacısının məqsədinin bəlli olmadığı bildirilib. Tibb bacısının həbs edilib-edilməməsi ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, 83 milyon əhalisi olan Almaniyada indiyə qədər 95,3 milyon doz peyvənd vurulub. Əhalinin 55,2 faizi tam peyvənd olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4380
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar