Bu qadın Tanrıya qarşı məhkəmədə qalib gəldi - İŞİN TƏFFƏRRÜATLARI
26 avqust 2024 12:42 (UTC +04:00)

Bu qadın Tanrıya qarşı məhkəmədə qalib gəldi - İŞİN TƏFFƏRRÜATLARI

1960-cı ildə Arizonada ABŞ tarixində ən qeyri-adi məhkəmə işlərindən birinə çevrilən bir hadisə baş verib. İldırım vurması nəticəsində həyatı məhv olan Betti Penrouz 100 min dollar təzminat tələb edərək Tanrının özünə qarşı iddia qaldırıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şiddətli tufan zamanı Bettinin evinə ildırım düşüb və onu tamamilə dağıdıb.

Fəlakət fors-major hal kimi tanındığından dəymiş ziyanın ödənilməsinə görə məsuliyyəti heç kim üzərinə götürməyib. Evini bərpa etmək üçün çarəsiz qalan Penrouz faciənin yeganə günahkarının havaya nəzarət edən şəxs ola biləcəyinə qərar verib və Allaha qarşı iddia qaldırıb. Onun vəkili Russell H. Tansey Amerika məhkəmə sistemi üçün hüquqi problem və sınaq halına gələn işi öz üzərinə götürüb.

İddia qəbul olunub və cəmiyyətdə böyük maraq, hətta gülüş doğuran proses başlayıb. Penrouz evinin dağıdılmasına səbəb olan hava şəraitinə görə cavabdeh kimi Tanrının məsuliyyət daşıdığını iddia edərək, əmlaka dəymiş ziyana görə 75.000 dollar və mənəvi ziyana görə 25.000 dollar istəyib. Dinləmə hadisədən 9 il sonra baş tutub. Lakin gözlənildiyi kimi təqsirləndirilən şəxs - Tanrı iclasa gəlməyib. Bu, məhkəmənin Betti Penrozun iddiasını qəbul etməsinə səbəb olub və o, hüquqi qələbə qazanıb.

Lakin sevinc uzun sürməyib. Bir müddət sonra məhkəmə qərarına yenidən baxaraq onu etibarsız elan edib və bununla da qadını bu qəribə və heyrətamiz işdə qələbədən məhrum edib. Son ədalət əldə olunmasa da, Betty Penrouzun hekayəsi insanların bəzən qeyri-mümkün göründüyü yerlərdə belə ədalətə nail olmaq cəhdində ifrata vardıqlarının əlamətdar nümunəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1818
avatar

Fidan İlqar

Oxşar yazılar