ABŞ-da avtomobillə ən uzun öpüşmə müsabiqəsi təşkil olunub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Texasda realiti-şou bir gündən artıqdır ki, davam edir.
Yerli avtosalon avtomobillə ən uzun öpüşmək üçün müsabiqə elan edib. Qalibə Koreya istehsalı olan avtomobil hədiyyə olunacaq. İstənilən mükafatın dəyəri təxminən 23 min dollardır.
Marafon sosial şəbəkələrdən birində canlı yayımlanır. İştirakçıların təxminən yarısı artıq yarışı tərk edib. Bəzi istifadəçilər bu cür şəraiti qeyri-insani adlandırırlar, lakin iştirakçılara hər saat 10 dəqiqəlik fasilə verilir və onlar hətta tez bir zamanda pizza sifariş edə bilirlər.