Aldatdığı 35 məşuqəsi birləşib  İNTİQAM ALDILAR
27 aprel 2021 04:16 (UTC +04:00)

Aldatdığı 35 məşuqəsi birləşib İNTİQAM ALDILAR

Yaponiyalı 39 yaşlı Takasi Miyaqava fırıldaqçılıqda şübhəli bilinir: onun etibarını qazandığı qadınlarla görüşüb və ad günü üçün onlardan hədiyyə istədiyi iddia edilir.

Lent.az xarici mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının verdiyi məlumata görə, yaponiyalı qurbanlarına şəbəkə marketinq şirkətindən aldığı duş başlıqlarını satmağa çalışarkən tanış olub.

Qadınları onlarla evlənmək istədiyinə inandırıb və sonra özü üçün hədiyyələr istəyib.

Sonuncu dəfə 47 yaşlı bir qadına ad gününün fevralın 22-də olduğunu deyib, əslində onun noyabrın 13-də doğulduğu üzə çıxıb.

Dələduzluqla üzləşən 35 qadın bir araya gələrək polisə ərizə ilə müracuət edib. Sevgililəri onun hədiyyələri və geyimi üçün ən az 100.000 yen xərclədiklərini iddia edirlər. Zərərçəkənlərin sayının daha çox olduğu istisna olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3324
avatar

Oxşar yazılar