Xalq artisti Brilliant Dadaşova qəzəblənib. Lent.az-ın məlumatına görə, müğənnini özündən çıxaran kiminsə onun adından “instagram” hesabı açaraq insanları aldatması olub. B. Dadaşova bildirir ki, bir neçə müddət əvvəl açılan “instagram” hesabında qeyri- müəyyən şəxs müğənninin adından istifadə edərək digər şou biznes nümayəndələrinə rəylər bildirir.
Bununla bağlı B. Dadaşova “Facebook” səhifəsində sevənlərinə müraciət edib: "Əziz “Facebook” dostlarım, hansısa axmağın, avaranın biri mənim adımdan "İnstagram" hesabı açıb. Xahiş edirəm, ciddi qəbul etməyəsiz. Hətta imkanınız olsa, onu “blok” edəsiz".
Xatırladaq ki, hazırda İstanbulda albom üzərində çalışan B. Dadaşova bununla bərabər, yeni saç düzümündə paylaşdığı fotoları ilə diqqəti çəkib.