Tanınmış bəstəkar Pərviz Mahmudov subaylığın daşını atır. Lent.az-ın məlumatına görə, o, dünən sevib-seçdiyi xanımla nikah bağlayıb: "Çox xoşbəxtəm. Subaylar üçün olsun".
Pərviz onu da bildirib ki, toy sentyabrın 22-i paytaxt restoranlarının birində baş tutacaq.
Toya media nümayəndələri buraxılmayacaq.
Xatırladaq ki, Pərviz Mahmudov Brilliant Dadaşova, Röya, Sevda Yəhyayeva, Zarina və Günay İbrahimli kimi müğənnilər üçün mahnılar yazıb.

Tanınmış bəstəkar evlənir
0
0
0
0