Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev qızına ad günü mərasimi keçirib. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, müğənni Safura Əlizadə ilə evli olan nazir oğlu ad günündə qızı Aliyəni tək qoymayıb.
Ad günü partisindən çəkilən fotoları nazirin nəvəsi instagram səhifəsində paylaşıb.
Qeyd edək ki, Fərhad Əliyev daha əvvəl dizayner Sara Əliyeva ilə evli olub. Aliyə də həmin evlilikdən dünyaya gəlib.