Günay İbrahimli yeni işini təqdim etdi
10 aprel 2014 11:21 (UTC +04:00)

Günay İbrahimli yeni işini təqdim etdi

Müğənni Günay İbrahimlinin yaradıcılığından xəbər var. Lent.az-ın məlumatına görə, Günay “Qala” qrupunun solisti Ceyhun Əliyevlə duet ifa edib. Birgə ifa etdikləri “Bəlalı” adlı mahnını isə bu gün “youtube” kanalında dinləyicilərin ixtiyarına veriblər.

 

 

G.İbrahimlinin sözlərinə görə, söz və musiqisi C.Əliyevə məxsus olan mahnıya klip çəkdirmək niyyətindədir. Sənətçilər foto-kameralar qarşısına keçərək fotosessiya etdiriblər.

 

Qeyd edək ki, mahnın aranjemanı Tərlan Məmmədhüseynov, Rəşad Məmmədov, fotosessiyanı isə fotoqraf Rəşad Abbasov, Tariyel Hüseynov edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962

Oxşar yazılar