Elza ailə qurmağa hazırlaşan oğluna halallıq verdi
04 aprel 2014 14:37 (UTC +04:00)

Elza ailə qurmağa hazırlaşan oğluna halallıq verdi

 

“Hər şey özüm kimi qeyri-adi olacaq”

 

Əməkdar artist Elza Seyidcahan aprelin 21-də ailə həyatı quracaq oğlu Əkbərə halallıq verib. Lent.az-a açıqlama verən E.Seyidcahan bildirib ki, oğlunun seçimi ilə razılaşdığından ona bir ana kimi xeyir-duasını verib: “Allahın köməkliyi ilə bu ayın 21-i oğlumun xeyir işidir. Oğlum ailə quracaq xanımını özü seçib, sevib. Təbii ki, mənim də razılığım oldu. Hər bir ana istəyər ki, övladını xoşbəxt görsün. Allah hər kəsin balasını xoşbəxt etsin. İçində də mənim övladlarımı. Həmin gün üçünsə fərqli bir geyim geyinəcəm. Hər şey özüm kimi qeyri-adi olacaq”.

 

 

E.Seyidcahan sonra oğlunun toyuna çağırdığı qonaqlardan danışıb: “Toya çox adam çağırmaq fikrim yoxdur. İnşallah, qızımın toyunda çox adam dəvət edəcəm. Oğlumun toyuna yalnız bizim ailəyə yaxın insanlar və şou-biznesdə bəzi yaxın dostlarım dəvətlidir. Hamı bilir ki, Elza heç bir xeyir işdən qalmır. Kim məni xeyir işinə çağırıb, getmişəm. Məhz xeyir işlərində iştirak etdiyim dost-tanışları da toya dəvət edəcəm”. 

 

 

 

Qeyd edək ki, E.Seyidcahanın oğlu ikinci dəfə evlənir. Onun birinci toyu 2009-cu ildə olmuşdu. Toydan bir neçə ay sonra isə cütlük ayrılmağa qərar vermişdi. 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1683

Oxşar yazılar