"Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalçıları Bakıda futbol oynayıb, yoqa və idman dırmanması ilə (climbing - süni divara dırmanma) məşğul olublar.
Lent.az-ın məlumatına görə, məşqlər idman ustası Sahil İsgəndərovun rəhbərliyi altında keçirilib. İştirakçıların sözlərinə görə, onlar əsl enerji ehtiyatı və xeyli müsbət emosiya əldə ediblər. "Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Yarışma RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir.
Finalda iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcək. Onlar arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy, İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu var.
Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq. Burada irqi, dini inancı və milliyətindən asılı olmayaraq 18-24 yaşlı qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib. Ölkəmizi yarışmada model Oksana Rzayeva təmsil edəcək.

Dünya gözəlləri Bakıda futbol oynadılar
Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01