Bəhram Bağırzadəyə Fransada mənzil bağışladılar
01 aprel 2014 11:06 (UTC +04:00)

Bəhram Bağırzadəyə Fransada mənzil bağışladılar

“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun sabiq oyunçusu Bəhram Bağırzadə pərəstişkarları ilə özünəməxsus 1 aprel zarafatı edib. Lent.az-ın məlumatına görə, Bağırzadə məşhur fransalı rejissor Fransua Perrenin “Parisin ərəb məhəlləsi” filmində əlcəzairli qaçqın Lətif Həssən obrazını yaradıb.

 

O qeyd edib ki, çəkilişlər Fransa paytaxtında baş tutub və təqdimat sentyabrın 4-də Parisin “Grand Rex” kinoteatrında olacaq. Baş rolu ərəb dilində oynadığını deyən Bağırzadə çəkiliş meydançasında müasir Fransa aktyorları Sirill Tuvenen, Qrequar Lepress-Lenqe, Marion Kotiyyar və Odri Totu ilə tanış olduğunu vurğulayıb.

 

Aktyorumuzun son çəkiliş günü isə Novruz bayramı ilə üst-üstə düşüb. Bağırzadə həmin gün fransalı həmkarlarına əsl sürpriz bəxş edib. O, ənənəvi Avropa furşeti əvəzinə nəhəng Novruz tədbiri həyata keçirib. Qonaqlar Azərbaycanın dadlı şirniyyatları və qonaqpərvərliyindən məftun olublar. Çəkilişləri kurasiya edən Paris meriyasının mədəniyyət departamentinin direktoru Bağırzadənin aktyorluq bacarığını yüksək qiymətləndirərək, kurort şəhərinin mərkəzində ona kiçik, amma səliqəli mənzilin açarını təqdim edib.

 

Sonda tanınmış şoumen bunları da qeyd edib: “Əziz oxucular! Təqvimə baxmağı unutmayın. Bu, 1 aprel zarafatıdır. Böyük səmimiyyətlə: sizin Bəhram Bağırzadə”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2788

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39