Xalq artisti Zülfiyyə Xanbabayeva
16 avqust 2021 12:56 (UTC +04:00)

Xalq artisti Zülfiyyə Xanbabayeva

Xalq artistindən YENİ KLİP - "Sonuncu oyun"

Xalq artisti Zülfiyyə Xanbabayeva bütün rəqəmsal platformalarda yeni "Sonuncu Oyun" mahnısını, "YouTube"da isə bu mahnıya çəkilən video klipi təqdim edib.

Lent.az xəbər verir ki, sənətçi mahnı və klip üzərində işləmək üçün ətrafına öz sahəsinin ən yaxşılarını yığıb. Mahnının musiqisi Ramin Əliyə, sözləri Qafar Heydərliyə məxsusdur. Mahnı Nyu-Yorkda illər ərzində Alisia Keys, Kristina Aguilera, Selena Qomez, Dua Lipa və digər dünya ulduzları ilə əməkdaşlıq edən amerikalı Devid Kutç tərəfindən “mastering” olunub.

Xanbabayeva mətbuata açıqlamasında Devidlə tanışlığından danışıb.

“Devidi Ramin təklif etdi. Çox ağıllıdır, musiqi aləmində baş verən hər şeylə maraqlanır, ən yaxşı mütəxəssislərin əsərlərini bilir və hətta onlarla əlaqəyə çıxmağı bacarır. Mən də hər zaman keyfiyyətin tərəfdarıyam. Ramin əvvəllər bir çox mahnılarımı aranjiman edib, eyni dalğa uzunluğundayıq və burada o bir bəstəkardır. Delee Oruclu adı ilə Cavidlə çəkdiyimiz ilk video deyil. Həm səs, həm də video baxımından hər mənada aktual görünəcək bir işi təqdim etmək istədik. Çox çalışdıq, amma qiyməti əlbəttə ki, tamaşacı verəcək”.

Yeni "odlu-alovlu" klipdə  Zülfiyyə Xanbabayeva dramatik roluna sadiqdir, pop müğənnisi olmağa davam edir və ən əsası da ötən əsrdə ilişib qalmayıb, hər anında zamanı hiss edir və yenilərinə açıqdır. Həm musiqi, həm də vizual cəhətdən.

Xalq artistinin yeni işi ilə bağlı yazılan rəylər də diqqət çəkib. İzləyicilər yazır: "Müasir, dəbli, şık", "Klip həm gənclər, həm də yaşlı nəsil üçün bir master-klassdır!", "Bugünkü zövqsüzlük arasında təmiz hava".

 

Zülfiyyə Xanbabayeva - Sonuncu Oyun

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4182

Oxşar yazılar

Xalq artistinin qolu sındı

Xalq artistinin qolu sındı

20 may 2025 , 18:21
Gökseli bu halda görənlər onu tanımadılar

Gökseli bu halda görənlər onu tanımadılar

20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı : Ece Seçkindən sərt reaksiya

İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya

20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat  olundu

Müğənni Mirkamil əməliyyat olundu

20 may 2025 , 02:41
Tanınmış aktrisa səhnədə huşunu itirdi

Tanınmış aktrisa səhnədə huşunu itirdi

19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə  lağ etdi: “O, artıq seksual deyil”

Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”

18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn  Nesrin Cavadzadədən yataq pozaları

Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları

16 may 2025 , 19:53