Xalq artistindən ölən oğlu ilə bağlı paylaşım: ƏLVİDA -  VİDEO
22 mart 2022 12:26 (UTC +04:00)

Xalq artistindən ölən oğlu ilə bağlı paylaşım: ƏLVİDA - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva vəfat edən oğlu Əli Quliyevlə bağlı paylaşım edib. 

Lent.az xəbər verir ki, Dostəliyeva “Instagram” səhifəsində oğlunun şəkillərindən ibarət video paylaşıb və bu sözləti yazıb:

"Sən həmişə mənimləsən. Bir il sənsiz yaşadığım iztirablı günlər...

Verən də, alan da Allahdır. Verdiyinə şükür, aldığına səbr edirəm. Ürəyimdəki acı sönməyəcək, amma səbrli olacam. Şəhidlərimizin məkanı cənnət olsun. Ey igid övlad həsrəti ilə yanan yaralı analar, səbrli olun, səbr edək".

Xatırladaq ki, müğənninin 41 yaşlı oğlu 2021-ci il martın 22-də ürək çatışmazlığından vəfat edib. Onun iki övladı var. Bu gün il mərasimidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4578

Oxşar yazılar