Pomidorlu   pizza resepti
25 avqust 2025 20:00 (UTC +04:00)

Pomidorlu pizza resepti

Əgər ailə süfrəsini rəngləndirmək və ya qonaqları təəccübləndirmək istəyirsinizsə, sadə, amma ləzzətli pomidorlu pizza bişirin. Bu orijinal yemək yumşaq xəmiri, şirəli pomidorları və ədviyyatların ətri ilə seçilir.

Lent.az pomidorlu pizzanın reseptini təqdim edir:

Lazım olan inqrediyentlər

Hazır xəmir – 1 ədəd, pomidor çeri – 200–250, sarımsaq – 2–3 diş, təzə rozmarin – 1–2 budaq, zeytun yağı – 2–3 x.q, duz – zövqə görə, xardal – 2–3 x.q, sərt pendir – 50–70 q

Hazırlanma qaydası

Sobanı 180–200°C-yə qədər qızdırın, əmiri listə sərib kənarlarını bir az qatlayın ki, haşiyə alınsın. Pomidorları yuyub ikiyə bölün, üzərinə doğranmış sarımsaq, rozmarin, duz və bir az zeytun yağı əlavə edin, xəmirin üzərinə nazik qatla xardal çəkin. Rəndələnmiş pendiri səpin, pomidorları kəsik tərəfi yuxarı olmaqla düzün. Pizzanı 20–30 dəqiqə bişirin. Xəmir qızarıb qızılı rəng almalı, pendir isə əriyib yayılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224

Oxşar yazılar