1 ay oynamayacaq  - Üçüncü dəfə eyni zədə
25 avqust 2025 19:47 (UTC +04:00)

1 ay oynamayacaq - Üçüncü dəfə eyni zədə

"Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka bud zədəsinə görə bir aya qədər meydana çıxmaya bilər.

Lent.az xəbər verir ki, 23 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 2-ci turunda keçirilən ev oyununda “Lids”ə (5:0) qol vurub, lakin ikinci hissənin əvvəlində budunun arxa nahiyəsini zədələyib və əvəzlənib.

Ehtimal olunur ki, Saka avqustun 31-də keçiriləcək səfər oyununda “Liverpul”a qarşı komandaya kömək edə bilməyəcək. O, həmçinin İngiltərə millisinin DÇ-2026-nın seçmə mərhələsində Andorra (6 sentyabr) və Serbiyaya (9 sentyabr) qarşı oyunlarını da buraxacaq.

Məlumata görə, “topçular” Sakanın bərpasını sürətləndirmək niyyətində deyillər, buna görə də onun ümumilikdə dörd həftəyə qədər sıradan kənarda qalacağı gözlənilir. Planlaşdırılır ki, o, sentyabrın 21-də “Arsenal”ın evdə “Mançester Siti” ilə keçirəcəyi oyuna qədər meydana qayıtmağa hazır olacaq.

Qeyd edilməlidir ki, Sakanın bud nahiyəsi ilə bağlı problemləri artıq ardıcıl üçüncü mövsümdür təkrarlanır. Əvvəlki iki halda bu, oktyabrda baş vermiş və onun iki-üç həftə oynamamasına səbəb olmuşdu. 2024-cü ilin dekabrında isə Saka budun arxa səthində əməliyyat keçirmişdi və bu səbəbdən üç ay meydana çıxa bilməmişdi.

Bukayo Saka

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224

Oxşar yazılar