Ordubadda ağac qırılaraq sakinlərin üzərinə düşüb.
Lent.az xəbər verir ki, hadisə rayonun Vənənd kəndində baş verib. Belə ki, çinar ağacının budağı qırılaraq sakinlərin üzərinə düşüb.
Hadisə nəticəsində 3 nəfər - 66 yaşlı Novruzov İbrahim Əli oğlu, 55 yaşlı Ağalarov Miryunis Mirdavud oğlu və 42 yaşlı Əliyev Anar Əhməd oğlu xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Onların vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıblar.