Bethovenlə bağlı üzə çıxan YENİ FAKT: əsrlər boyu nəyi gizlədiblər?
25 avqust 2025 18:05 (UTC +04:00)

Bethovenlə bağlı üzə çıxan YENİ FAKT: əsrlər boyu nəyi gizlədiblər?

Tarixin ən məşhur bəstəkarlarından biri Lüdviq van Bethoven, 1827-ci ildə sarılıqdan vəfat edərkən vəsiyyət yazıb. Həmin vəsiyyətdə o, qardaşlarından öz səhhəti ilə bağlı detalları ictimaiyyətə açıqlamalarını xahiş edib. Sirr deyil ki, musiqiçi 45 yaşına qədər tam funksional kar olub. Bu, Bethovenin dünyanın yalnız şəxsi fikri ilə deyil, həm də tibbi baxımdan anlamasını istədiyi faciəvi bir ironiyadır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, tədqiqatçılar komandası onun bu vəsiyyətini elə bir şəkildə yerinə yetirməyə qərar verib ki, bəstəkar bunu özü heç vaxt təsəvvür edə bilməzdi: saçının orijinal nümunələrindəki DNT-nin genetik analizi vasitəsilə.

Təfərrüatlar

Tədqiqatçıların əsas məqsədi Bethovenin səhhətindəki problemlərə işıq tutmaq idi. Onların sırasında ən vacibi proqressiv eşitmə itkisi olub. Bu problem bəstəkarın 25-26 yaşından başlayıb və 1818-ci ilə qədər onu tam funksional kar vəziyyətinə gətirib çıxarıb. Bu eşitmə itkisinə səbəb olan əsas amil isə, onun şəxsi həkimi doktor Yohann Adam Şmidt üçün belə naməlum olaraq qalmışdı.

Bethovenin eşitmə problemləri əvvəlcə səs-küyə qarşı həssaslığın azalması ilə başlayıb, daha sonra isə yüksək tonları eşitmə qabiliyyətinin itməsi ilə nəticələnib. Bu hal onun musiqi karyerasına faktiki olaraq son qoyub. Bəstəkar bundan çox əzab çəkib və hətta intihar haqqında düşünmüşdü.

Məlumata görə, təxminən 22 yaşından etibarən o, şiddətli qarın ağrıları və xroniki ishal tutmaları ilə əziyyət çəkib. Ölümündən altı il əvvəl isə onda qaraciyər xəstəliyinin ilk əlamətləri üzə çıxmışdı. Bu xəstəlik, ehtimal ki, onun 56 yaşında vaxtsız ölümünün əsas səbəblərindən biri olub.

Müasir DNT təhlili göstərir ki, Bethoven çox güman ki, B hepatitindən dünyasını dəyişib. Xəstəlik alkoqol istifadəsi və qaraciyər xəstəlikləri üçün mövcud risk faktorları ilə daha da ağırlaşıb.

Bununla belə, aparılan araşdırma Bethovenin kar olmasının dəqiq səbəbini və ya onun mədə-bağırsaq problemlərinin kökünü ortaya çıxara bilməyib. Bu isə onu göstərir ki, tədqiqatçılar musiqiçinin kar olmasının səbəbini dünyaya açıqlamaq niyyətində olsalar da, hədəflərinə tam çata bilməyiblər. Ancaq bu iş yenə də faydasız olmayıb və gözlənilməz maraqlı bir nəticə ortaya qoyub.

Daha dərindən aparılan araşdırma zamanı Bethovenin saçındakı Y-xromosom məlumatı onun ata xətti üzrə müasir qohumlarının genetik göstəriciləri ilə müqayisə olunub və uyğunsuzluq aşkarlanıb. Bu isə Bethovenin doğulmasından əvvəlki nəsillərdə nikahdan kənar ata faktı olduğunu göstərir.

Bioloji antropoloq, hazırda Böyük Britaniyanın Kembric Universitetində çalışan Tristan Beqq bunu belə izah edib:

“Bu kəşf göstərir ki, təxminən 1572-ci ildə Belçikanın Kampenxaut şəhərində Hendrik van Bethovenin dünyaya gəlişi ilə 1770-ci ildə Almaniyanın Bonn şəhərində Lüdviq van Bethovenin doğulması arasında yeddi nəsil ərzində ata xəttində nikahdankənar valideynlik hadisəsi baş verib”.

Bu, əlbəttə ki, Bethovenin öz vəsiyyətində istədiyi şey deyildi. Amma zaman keçdikcə bu nəticələr onun arzularının ən azından bir qisminin həyata keçməsinə kömək edə bilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314

Oxşar yazılar