Ukraynanın Kiyev vilayətinin Boryspil rayonunda 7 yaşlı oğlan 6 yaşlı qızı güllələyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, 7 yaşlı oğlan qonşu qızla birlikdə yaşadığı evdə oynayırmış. Oğlan atasına məxsus ov tüfəngini əlinə alaraq qıza tərəf atəş açıb. Aldığı xəsarətlər nəticəsində uşaq dünyasını dəyişib.
Oğlanın atası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb.
Bundan əlavə, ata barəsində uşağa qulluq vəzifələrinin qəsdən icra olunmaması və odlu silahın səhlənkar saxlanılması faktları üzrə də (Ukrayna CM-in 166-cı və 264-cü maddələri) cinayət işi başlanıb.
Hazırda hadisənin bütün halları müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri davam etdirilir.