Ən varlı boksçuların SİYAHISI
25 avqust 2025 13:01 (UTC +04:00)

Ən varlı boksçuların SİYAHISI

Məşhur britaniyalı portal “GiveMeSport” tarixdə ən varlı boksçuların reytinqini tərtib edib.

Lent.az xəbər verir ki, siyahıya amerikalı Floyd Meyvezer başçılıq edir, o, karyerası ərzində 400 milyon dollar sərvət toplayıb.

İkinci yerdə amerikalı Corc Forman qərarlaşıb – onun qazancı 300 milyon dollardır.

Üçüncü pillədə isə meksikalı Saul Alvaresdir – 250 milyon dollar sərvəti var.

Absolyut dünya çempionu, ukraynalı Oleksandr Usik siyahıda altıncı yerdədir – onun sərvəti 165 milyon dollar qiymətləndirilir.

İlk onluğu isə amerikalı videobloqçu-boksçu Ceyk Pol tamamlayır – 100 milyon dollar.

Tarixdə ən varlı boksçuların reytinqi (GiveMeSport versiyası):

1.    Floyd Meyvezer – 400 mln dollar
2.    Corc Forman – 300 mln dollar
3.    Saul Alvares – 250 mln dollar
4.    Manni Pakyao – 220 mln dollar
5.    Oskar De La Xoya – 200 mln dollar
6.    Oleksandr Usik – 165 mln dollar
7.    Tayson Fyuri – 146 mln dollar
8.    Lennoks Lyuis – 120 mln dollar
9.    Şuqar Rey Leonard – 120 mln dollar
10.    Ceyk Pol – 100 mln dollar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366

Oxşar yazılar