Can dərmanı deyib yediyimiz 4 qida təhlükə saçır - DİQQƏT
25 avqust 2025 17:51 (UTC +04:00)

Can dərmanı deyib yediyimiz 4 qida təhlükə saçır - DİQQƏT

Gündəlik həyatımızda tamamilə təhlükəsiz hesab olunan bəzi məhsullar əslində sağlamlıq üçün risk daşıya bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün saxlama və bişirmə qaydalarına əməl edilmədikdə qida həm ləzzətli, həm də təhlükəsiz olmaya bilər.

Lent.az bu barədə xarici mediaya istinadən məlumat verir.

Kartof

Ən çox istifadə olunan məhsullardan biri olan kartof düzgün saxlanmadıqda təhlükə yarada bilər. Əgər kartof yaşıl rəng alırsa, onda solanin adlı toksin əmələ gəlir. Bu maddə baş ağrısı, ürəkbulanma və həzm pozuntularına səbəb ola bilər. Belə kartofları təmizləmək yox, dərhal atmaq tövsiyə olunur.

Pomidor

Tam yetişməmiş yaşıl pomidorlar da təhlükəlidir. Onların tərkibində, xüsusilə də yarpaqları və gövdəsində solanin və tomatin alkaoloidləri olur. Onlar çox miqdarda qəbul edildikdə zəhərlənmə riski yaradır. Yalnız tam yetişmiş pomidorlar sağlamlıq üçün faydalı hesab olunur.

Lobya

Lobya zülal və qida maddələrinin mənbəyidir, lakin çiy və ya yaxşı bişirilməmiş halda fitogemagqlutinin adlı toksik zülal saxlayır. Bu maddə ürəkbulanma, qusma və qarın ağrılarına səbəb ola bilər. Zəhərli təsiri aradan qaldırmaq üçün lobya qaynadıqdan sonra ən azı 10–15 dəqiqə bişirilməlidir.

Alma

Sağlamlığın simvolu sayılan almalar belə gizli təhlükə daşıya bilər. Onların tumlarının içində amiqdalin adlı maddə var. Mədə turşusu ilə reaksiyaya girərkən o, sianidə çevrilə bilər. Az miqdarda tum zərər verməsə də, çoxlu sayda çeynənməsi orqanizm üçün təhlükəli ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar