Zara  verdiyi kilolarla tamam fərqli insan oldu
22 avqust 2025 10:22 (UTC +04:00)

Zara verdiyi kilolarla tamam fərqli insan oldu

Zara (Neşe Zara Yılmaz) son zamanlarda çəkisi ilə kilolarla diqqət mərkəzinə düşüb. 49 yaşlı ifaçı fit görünüşü və dəyişən səhnə tərzi ilə izləyicilərindən böyük maraq görüb.

Lent.az xəbər verir ki, uşaqlıq illərində “Neşecik” adı ilə musiqi karyerasına başlayan, 20 yaşından isə “Zara” olaraq albomlar təqdim edən sənətçi, artıq çəkilərindən necə qurtulduğunu da açıqlayıb.

 Zara verdiyi açıqlamada belə deyib:“Mənim etdiyim pəhrizi tibb dieta adlandırmaq olar. Əzələ deyil, yağlar azalır. Faydalı yağları qəbul etmək, su-duz balansını qorumaq və gənclik enerjisini geri qazanmaq əsasdır”.

Müğənni gündəlik həyatında D vitamini və balqabaq tumu yağı qəbul etdiyini, yeməklərdə kiçik porsiyalara üstünlük verdiyini, mayeni yeməkdən ayrı içdiyini və gün batdıqdan sonra yeməməyə çalışdığını vurğulayıb. O həmçinin həftədə üç gün idman etdiyini, tez-tez gəzintiyə çıxdığını və stressdən uzaq qalmağın arıqlama prosesində ən mühüm amil olduğunu bildirib:

“Haqlı olmağı yox, xoşbəxtliyi seçirəm. Stressdən qurtulun, sevdiyiniz işlə məşğul olun. Mən necə arıqlamayım ki?”

Zara səhər yeməyini də izləyiciləri ilə bölüşərək, “Hər kəsə şəfa olsun. Motivasiya istəyənlər üçün səhər yeməyim budur. Yeməyin qızlar” mesajı ilə paylaşım edib.

Müğənni hazırda sağlam qidalanma və idman sayəsində fit görünüşünü qoruyur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398

Oxşar yazılar