"Netflix"lə məşhurlaşan aktyorlar - TOP10
25 avqust 2025 10:49 (UTC +04:00)

"Netflix"lə məşhurlaşan aktyorlar - TOP10

Son onillikdə Netflix əsl ulduz “fabrik”inə çevrilərək dünyaya yeni istedadlar qazandırdı və unudulmuş aktyorları yenidən tamaşaçı ilə görüşdürdü. Məhz bu nəhəng striminq platformasının serial və filmlərindəki rollar sayəsində həmin ulduzlar böyük şöhrət, fanat ordusu və iri layihələrə dəvətlər əldə etdilər.

Onların hansını ilk onluğa daxil etmək olar? 

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Millie Bobby Brown

Onun karyerası “Çox qəribə işlər” (“Stranger Things”) serialında Eleven obrazı ilə sürətlə yüksəldi. Cəmi 12 yaşında aktrisa təsirli aktyorluq məharəti nümayiş etdirərək bütün dünyada tamaşaçıları təəccübləndirdi. O vaxtdan bəri o, yalnız “Enola Holmes” və “Damsel” kimi Netflix-in bir neçə kult layihəsinin siması deyil, həm də prodüser və şəxsi kosmetik brendi olan sahibkardır.

Эти актеры стали суперзвездами благодаря Netflix: кто попал в топ-10

Madelyn Cline

“Outer Banks” serialında göründükdən sonra aktrisa gənclik dramlarının ikonası statusunu qazandı. Onun səmimiliyi, təbii cazibəsi və xarizması həm kino, həm də model biznesində sürətlə populyarlıq gətirdi.

Эти актеры стали суперзвездами благодаря Netflix: кто попал в топ-10

Sofia Carson

Keçmiş Disney ulduzu Netflix-də “Purple Hearts” (“Bənövşəyi ürəklər”) romantik dramı ilə sevilən aktrisaya çevrildi. Burada həm aktyorluq, həm də vokal bacarıqlarını birləşdirə bildi. 2022-ci ildə o, platformanın ən populyar aktrisalarından birinə çevrildi.

Эти актеры стали суперзвездами благодаря Netflix: кто попал в топ-10

Jenna Ortega

“Wednesday” serialındakı Venzdey rolu Jennanı yeni nəslin ikonası etdi. Onun obrazı internetdə viral oldu, aktrisa isə qlobal məşhurluq qazandı. Daha əvvəl o, “You” (“Sən”) serialının ikinci mövsümündə də görünmüşdü.

Эти актеры стали суперзвездами благодаря Netflix: кто попал в топ-10

Jonathan Bailey

Aktor “Bridgerton”un ikinci mövsümündə Entoni rolu ilə yadda qaldı. Onun dərin xarakteri və Simone Ashley ilə olan kimyası Netflix tamaşaçılarının sevimlisinə çevrildi.

Эти актеры стали суперзвездами благодаря Netflix: кто попал в топ-10

Drew Starkey

“Outer Banks”də canlandırdığı mürəkkəb və ziddiyyətli antaqonist obrazı aktyoru yeni mərhələyə yüksəltdi. Xarakterin dərinliyi və aktyorun çevikliyi onu Netflix-in ən maraqlı yeni simalarından birinə çevirdi.

Эти актеры стали суперзвездами благодаря Netflix: кто попал в топ-10

Noah Schnapp

Onun “Stranger Things”dəki Will Byers obrazı serialın emosional xətti üçün əsas rollardan biri idi. Noah tədricən uğurlu sahibkar və gənclərin ikonasına çevrildi.

Эти актеры стали суперзвездами благодаря Netflix: кто попал в топ-10

Phoebe Dynevor

“Bridgerton”un ilk mövsümündə o, zərif və cəsarətli Dafne obrazını canlandırdı. Bu rol sayəsində aktrisa təkcə kinoda deyil, həm də moda sənayesində tanındı.

Эти актеры стали суперзвездами благодаря Netflix: кто попал в топ-10

Jung Ho-yeon

“Squid Game” (“Kalmar oyunu”) filmindəki parlaq debütündən sonra o, dərhal dünya miqyasında məşhur oldu. Model karyerasından aktyorluğa keçid edən Jung indi qlobal brendlərin simasıdır və kino karyerasını davam etdirir.

Эти актеры стали суперзвездами благодаря Netflix: кто попал в топ-10

Jacob Elordi

Onun HBO-dakı “Euphoria” serialında rolu məşhur olsa da, ilk dəfə yeniyetmə auditoriyanın diqqətini Netflix-dəki “The Kissing Booth” (“Öpüşmə kabinəsi”) trilogiyası ilə çəkdi.

Aktor bu filmlər barədə dəfələrlə tənqidi fikirlər səsləndirsə də, məhz onlar ona geniş tanınma qazandırdı və yüksək moda brendləri ilə əməkdaşlığa, daha ciddi aktyor çağırışlarına yol açdı. Elordi sübut etdi ki, Netflix aktyor üçün daha dərin və mürəkkəb rollara keçid üçün start meydançası ola bilər.

Эти актеры стали суперзвездами благодаря Netflix: кто попал в топ-10

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar