Xalq artisti Brilliant Dadaşova “Yarımgilə”, “Səninləyəm”, “Yalvarıram” adlı mahnılarını yenidən ifa edib.
Lent.az-ın xəbərinə görə, müğənni yeni həyat verdiyi mahnıları üçün kamera qarşısına keçib.
Brilliant Dadaşova öz sosial şəbəkə hesabında “Yenə çəkirlər” başlığı ilə şəklini paylaşıb.
İzləyicilər Xalq artistini yeni imicində tanımağa çətinlik çəkiblər.