Usta sənətçi dünyasını dəyişdi
26 may 2025 15:13 (UTC +04:00)

Usta sənətçi dünyasını dəyişdi

Uzun müddətdir ağciyər xərçəngi müalicəsi görən 76 yaşlı sənətçi İlhan Şeşən dünyasını dəyişib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki,  "Sarılınca Sana", "Ellerimde Çiçekler", "Neler Oluyor Bize" və "Sarı Laleler" kimi unudulmaz mahnıları ilə musiqi dünyasında mühüm yer tutan usta sənətçi İlhan Şeşəndən pis xəbər gəlib. Bəzi seriallarda da rol alıb
İkinci solo albomu "Neler Oluyor Bize"-ni 2002-ci ilin yanvar ayında sevənləri ilə bölüşən İlhan Şeşən, albomdakı bütün mahnılar və xüsusilə "Neler Oluyor Bize" mahnısı ilə böyük uğur qazanıb.

Qeyd edək ki, a2013-cü ildə "Gel" albomunu çıxarıb. Bundan əlavə, "Aliye", "Annem", "Hayatımın Rolü", "Görüş Günü Kadınları", "Aşk Yalanı Sever", "Milat" və "Paramparça" adlı seriallarda da rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370

Oxşar yazılar