Yaponiyada QƏZA ENİŞİ:  yaralılar var
13 sentyabr 2025 05:42 (UTC +04:00)

Yaponiyada QƏZA ENİŞİ: yaralılar var

0

“United Airlines” aviaşirkətinə məxsus Yaponiyanın Kansai hava limanında təcili eniş edib.

Lent.az "NHK" telekanalına istinadən xəbr verir ki, hadisə nəticəsində beş nəfər yüngül xəsarət alıb.

Məlumata görə, təyyarə 10 min metr hündürlükdə, Vaka­yama prefekturası sahilindən 200 kilometr aralıda olarkən yük bölməsində yanğın siqnalı işə düşüb. Bunun ardından ekipaj təcili eniş qərarı verib.

Enişdən sonra sərnişinlər şişirdilən traplar vasitəsilə təxliyə olunub.

Hadisə səbəbindən hava limanında uçuşlar bir neçə saatlıq dayandırılsa da, sonradan fəaliyyət tam bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar