Sayqanı Azərbaycanda əməliyyat edən həkimlərə  İSMARIC   –  “Allahı düşünün!”
07 sentyabr 2021 14:45 (UTC +04:00)

Sayqanı Azərbaycanda əməliyyat edən həkimlərə İSMARIC “Allahı düşünün!”

Bakı Sağlamlıq Mərkəzində səhv əməliyyat olunduğu deyilən aparıcı-prodüser Sayqa Cahid barədə xəbər var. 

Sayqa ilə çalışan müğənni Səbinə Selcan Lent.az-a açıqlama verərək bildirib ki, prodüserin səhhəti pisdir. O, buna görə Bakı Sağlamlıq Mərkəzində Sayqanı əməliyyat edən uroloq-androloq Niyaməddin Əliyevi günahlandırıb: 

“Sayqa xanım dünən gecə Türkiyədə yenidən əməliyyat olundu. Hələ ki özündə deyil. Bakı Sağlamlıq Mərkəzində həkimlərin etdiyi uğursuz əməliyyata görə yenidən həmin yerdən, həmin böyrəkdən əməliyyat olundu. Ora yığılmış suyu, çirki təmizlədilər. 

Sayqanı onlar pulsuz əməliyyat etməyiblər. Əlimizdə qəbzlərimiz var. Doğrudan da indi çox əziyyət çəkir, ölüm-qalım mübarizəsi aparır. Vəziyyəti yaxşı deyil. Bakıdan hansı vəziyyətdə, hansı infeksiya ilə gəldiyi də məlumdur. 

Həkimlərə demək istəyirəm ki, bir söz deyəndə Allahı düşünün. Sayqa sizdən razı olsaydı, indi Türkiyədə zülm çəkməzdi. Bakıda böyrəyini səhv əməliyyat etdilər, ona görə də bu günə qaldı. Sayqa hələ özündə deyil, ayılandan sonra özü bir açıqlama verəcək”.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6462
avatar

Yalçın UĞUR

Oxşar yazılar