“Pulumu verməsən, səni biabır edəcəm”- Yusif Mustafayev hədələdi
07 iyun 2023 12:59 (UTC +04:00)

“Pulumu verməsən, səni biabır edəcəm”- Yusif Mustafayev hədələdi

“Mənə xəsis deyirlər. Mən xəsis deyiləm. Amma kimə yardım edib, kimə etməməyi bilirəm. Buna görə adım xəsisə çıxıb. Ona-buna verib geri ala bilmədiyim pullarla saray tikmək olar”.

 Lent.az-ın xəbərinə görə, bu fikirləri müğənni Yusif Mustafayev qatıldığı şou-proqramlardan birində səsləndirib.

O deyib ki, müxtəlif adamlara əl tutmaq üçün verdiyi 150 min manatdan çox pulu geri ala bilmir.

“Bir dəfə deyirəm, istəyirəm, sonra ar eləyirəm. Amma onlar ar eləmir. Adam var, 20 ildir, adam var 15 ildir borc vermişəm, hələ geri ala bilmirəm. Bir dostum var, pulumu vermir. Bax burdan deyirəm, borcumu qaytarmasan adını çəkəcəm, kənddə biabır olacaqsan. Onların arasında cəlilabadlı da var, qubalı da var, laçınlı da var. Allaha and olsun, adınızı çəksəm, ətrafdakılar sizdən nifrət edəcəklər. Gətirin pulumu verin”,- deyə o  vurğulayıb.

Müğənni bu günə qədər verdiyi, lakin geri ala bilmədiyi pulların siyahısını tutduğunu və verdiyi şəxslərə halal eləmədiyini deyib.

# 111831
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar