Müğənni Aynur Dadaşova xəyanət edən ƏRİNDƏN DANIŞDI
10 may 2021 18:37 (UTC +04:00)

Müğənni Aynur Dadaşova xəyanət edən ƏRİNDƏN DANIŞDI

"İndiki ağlım olsaydı, gərək hər şeyə onda son qoyardım. Ömrüm getdi. Gərək vaxtında deyərdim, bitsi. Allah insanın qarşısına çıxarır ki, bəndəm, ayıl. Düşündüm ki, uşaq var. Ondan sonra 7 ay küsülü olduq. Oğlum körpə idi, dedim, böyüyəcək sual verəcək, nə deyəcəm? Təzədən həyatımız davam etdi. Heç bir qadın istəməz ki, isti ocağını söndürsün, gedib pul qazansın. Xanım kimi əyləşmişdim, səliqəli idim, yeməyimi bişirirdim. İndi çörəkpulu arxasınca qaçıram. Bəziləri deyir ki, oxumaqdan ötrü ayrılıb. Uşaqlarımın atasını necə sevdiyimi deyə bilmərəm. Özümə deyirdim ki, belə sevgi olar? Amma o qədər xəyanətin qabağında... Bir insan necədirsə, 50 Aynur olsa da düzəlməyəcək".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Sözbaz" proqramında deyib. Boşandığı həyat yoldaşının xəyanətindən danışan ifaçı kövrəlib. O bildirib ki, işıqforda dayanarkən yandakı avtomobildə ərinin başqa qadınla olduğunu görüb.

Aynur 16 yaşlı oğlunun ondan imtina etməsindən danışıb:

"Oğlum xoşbəxtdirsə, bəsdir. Darıxmıram... Darıxanda darıxıram, övlatdır. İstəyirəm yanımda olsun, əlimdən tutsun. Bacısıyla danışırlar, görüşürlər. Amma mənim ünsiyyətim yoxdur. Bilmirəm, özü istəmir, yoxsa qoymurlar. 16 yaşı var, necə istəyir olsun. Anasının ürəyidir, aldığı nəfəsidir. O, elə xoşbəxtdirsə, mən də sevinirəm".

"Hərdən deyirəm ki, cavanam, hər kəs pul qazansa da, qayğıya ehtiyacı olur. Amma qorxuram bundan sonra sevməkdən. Üç ildir həyatımı tək yaşayıram. Sevməkdən, aldanmaqdan qorxduğum üçün həyatımda özəl biri yoxdur" deyə, müğənni əlavə edib./axşam.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29028
avatar

Oxşar yazılar