Məşhur aktyorun qızına danışdığı müasir nağıl trendə çevrildi
08 iyun 2023 09:23 (UTC +04:00)

Məşhur aktyorun qızına danışdığı müasir nağıl trendə çevrildi

Türkiyəli aktyor Uraz Kaygılaroğlunun öz qızına danışdığı nağıl sosial şəbəkələrdə tamaşaçılar tərəfindən çox təqdir edilib.

 Lent.az-ın xəbərinə görə, yaxın dostlarından biri aktyorun 6 yaşlı qızına danışdığı qədim nağılların sonluğunu fərqli şəkildə başa çatdırdığını, özünü əsl qız atası kimi apardığını deyib.

Məsələn, Uraz “Yatmış gözəl” nağılının sonuna çatarkən “Şahzadə ilə gənc oğlan bir-birlərinə aşiq olub evləndilər” demək əvəzinə, “Onlar birlikdə çay içməyə getdilər, bir-birlərini daha yaxından tanımağa, əgər xarakterləri uyarsa, dost olmağa qərar verdilər” şəklində bitirirmiş. Urazın bütün nağıllara müasir və daha məniqli yanaşması izləyicilərin xoşuna gəlib.

Qeyd edək ki, Uraz həmkarı Melis İsitən ilə bir neçə il öncə boşansa da, qızı Adanın tərbiyəsi ilə məşğul olur. O qızı ilə müntəzəm görüşür, sevgi dolu anlarını tez-tez sosial şəbəkə hesabında paylaşır. 


# 2769
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar