13 dəfə infarkt  keçirən 11 yaşlı  "Netflix" ulduzu öldü
06 may 2025 12:46 (UTC +04:00)

13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü

Netflix-in "Başqaları arasında" serialındakı rolu ilə tanınan aktrisa Millena Brandao mayın 2-də çoxsaylı infarkt keçirərək 11 yaşında vəfat edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ölümün rəsmi səbəbi açıqlanmır. Eyni zamanda, bir sıra media orqanları ölümündən bir müddət əvvəl qızın "ən azı 13 ürək tutması" keçirdiyini yazır.

"Sən mənim həyatımın işığı olmusan və bilirəm ki, oradan mənə baxmağa davam edəcəksən, həyatımı işıqlandıracaqsan. Mən səni sonsuza qədər sevəcəyəm!" - qızın anası şəxsi bloqunda yazıb.

Jurnalistlərin araşdırmasına əsasən, Millena Brandao ilk dəfə aprelin 28-də Braziliyanın Sao Paulo şəhərindəki klinikaya müraciət edib. O, qızdırma, bədən ağrıları və baş ağrılarından şikayətlənib. Ona bəzi həblər yazıldıqdan sonra buraxılıb. Ertəsi gün qız daha ağır vəziyyətdə yenidən xəstəxanaya yerləşdirilib, bundan sonra ölənə qədər həkim nəzarətində olub.

Səhiyyə idarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb, qızın valideynləri də polisə ərizə verib. Vəkil Antonio Karlos Neto deyib ki, ailə faciəyə həkim səhlənkarlığının səbəb ola biləcəyini istisna etmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar