“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlou “Mançester Yunayted”lə qarşılaşma öncəsi jurnalistlərə açıqlama verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalistin “Mançester Yunayted” haqda soruşmasından sonra baş məşqçi özündən çıxıb.
- “Mançester Yunayted” deyir ki, turnirdə qalib gəlmək onları xilas etməyəcək... Bəs bu, “Tottenhem”in mövsümünü xilas edəcəkmi? “Tottenhem” üçün fərqlidir?
- Məni maraqlandırmır. “Mançester Yunayted”in nə düşündüyü məni niyə maraqlandırmalıdır? Bunun mənə nə dəxli var? “Mançester Yunayted”in menecerindən niyə belə dediyini soruşun? Əvvəldən dedim ki, bu turnir vacibdir. Sən məndən yaxşı bilirsən, bu klubu çoxdan izləyirsən. Sizcə, kubok bu klub üçün nə deməkdir? Bu sual öz cavabını verir. Hazırda insanlar bunun həqiqətən baş verə biləcəyindən qorxurlar. Onlar bunu azaltmağa, yoxa çıxarmağa çalışırlar, zəif mövsüm keçirdiklərini deyirlər və bizi “Mançester Yunayted”lə müqayisə etməyə başlayırlar”.
Avropa Liqasının finalında "Mançester Yunayted" və "Tottenhem" qarşılaşacaq.