Müğənni Elnarə Xəlilova “Əvəzimi tap” adlı yeni mahnısı üçün kameralar qarşısına keçib.
Lent.az xəbər verir ki, söz və musiqisi Şəhriyar Ramazanzadəyə məxsus olan mahnıya çəkilən klipin əsas süjet xətti kiçik-boxing idman növü ilə məşğul olan insanlar üzərində qurulub. Ekran işində Elnarə kick-box idman növü ilə məşğul olan xanımı canlandırır. 3 aydır bu obraza hazırlaşan müğənniyə tanınmış idmançılar, “Cobra” İdman klubunun müəllimləri Faiq Abdullayev və Mehman Umudov kiçik-box dərsləri keçir.
Klipin çəkilişləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində aparılır. Klipin rejissoru Bəhurz Qurbanlıdır.

Müğənni Elnarə Xəlilova “Əvəzimi tap” mahnısının klip çəlişində
_1629887725.jpeg)
Müğənni Elnarə Xəlilova “Əvəzimi tap” mahnısının klip çəlişində

Müğənni Elnarə Xəlilova “Əvəzimi tap” mahnısının klip çəlişində