Diva özü  üçün 3 mərtəbəli məzar qazdırdı: LİFTİ DƏ VAR...
06 avqust 2022 09:57 (UTC +04:00)

Diva özü üçün 3 mərtəbəli məzar qazdırdı: LİFTİ DƏ VAR...

Türkiyənin tanınmış sənətkarı Bülent Ersoy özünə təmtəraqlı məzar hazırlatdırır. O məzar yeri almaq üçün ölkənin Daxili İşlər Nazirliyinə müraciət  edib və yer alıb.Məzar yeri bəlli olduqdan sonra diva bu dünyadakı kimi cah-cəlallı axirət dünyasını da təməlini qoyub. Onun məzarının hazırlığına 1,5 milyon lirə  sərf olunacaq.

Məzar yeri almaq ideyası ötən il, divanın atası Fikret Koç rəhmətə gedərkən yaranıb. Atasının məzarı başında onun dəfnini izləyən diva, “mən bura sığmaram, mənə böyük məzar qazarsınız” demişdi. Onun meneceri Feyzi bəy də divaya böyük məzar hazırlatmağa söz vermişdi.

 Bülent Ersoyun meneceri Fevzi Siverek bildirib: “Bülent xanım daxili işlər naziri Süleyman Soyludan bir xahiş edib. Bülent xanıma Zincirkuyuda məzar yeri tapmışam. Amma heyranları ona toxuna bilməsin deyə bir az dərin edəcəyik. Dərin etdiyimiz üçün Bülent xanımın məzarıa lift qoyulacaq. Liftlə aşağı endirəcəyik. Lift də şifrəli olacaq. Üçnəfərlik məzar yeri hazırdır. Məzarın hazırlanması 1,5 milyon lirəyə başa gələcək”. 

# 3495
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar