"Bütün maddiyatımı buna xərcləyəcəm" - Əməkdar artist   - VİDEO
17 mart 2022 22:11 (UTC +04:00)

"Bütün maddiyatımı buna xərcləyəcəm" - Əməkdar artist - VİDEO

Əməkdar artist Firuzə İbadova yeganə qız nəvəsi barədə danışıb.

Lent.az-a açıqlama verən müğənni nəvəsinin arzusunu dilə gətirib: 

“Nəvəm də çox istedadlıdır. O rejissor olmaq istəyir. Onun bir arzusu var. Ömrüm ona imkan versə, bütün maddi imkanlarımı xərcləyəcəm ki, onun arzuları reallaşsın. Nəvəm “Qarabağ Azərbaycandır” filmini çəkmək istəyir. Hətta aktyorların adına qədər seçib. Aktyorların 90%-i Dram Teatrının aktyorlarıdır. Bu, 12 yaşlı uşağın arzusudur. Nəvəmə dedim, Hökümə, bu sənət çətindir, bəlkə fikrini dəyişəsən? Dedi yox, sən də öz sənətində əziyyət çəkirsən. Mən də öz sənətimi sevəcəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3888
avatar

Yalçın UĞUR

Oxşar yazılar